waplog

Mobil telefonlar bazarında mədaxilin üçdə bir hissəsini təmin edəcək ölkələr bəlli olub


 “Strategy Analytics” tədqiqat şirkətinin proqnozuna görə, 2014-cü ildə mobil telefonların satışından dünya mədaxilinin həcmi 13 faiz yüksələcək, Braziliya, Rusiya, Hindistan və Çində bu qurğuların satışı dünya ölkələrinə nisbətdə daha yüksək templə artacaq və bunun sayəsində qeyd olunan ölkələr mobil telefonlar bazarında qlobal mədaxilin üçdə bir hissəsini (36 faiz) təmin edəcək.

Araşdırmada, həmçinin deyilir ki, Çində telefonların satış həcmi və qiyməti daha sürətlə artacaq. Bundan başqa, cari ildə Çinin mobil telefonların satışından əldə olunan mədaxilə görə nəhəng bazar olacağı və əvvəlki lider ABŞ-ı üstələyəcəyi proqnozlaşdırılır. Bununla belə, digər analitik şirkət “Canalys”ın məlumatları Çinin tədarük həcminə görə iri smartfon bazarı olmasından xəbər verir. Belə ki, 2014-cü ilin birinci rübündə dünyada buraxılan telefonların 35 faizi bu ölkəyə tədarük edilib. Bu göstəriciyə görə ikinci yeri 12 faizlə ABŞ tutur, liderlər üçlüyünü 5 faizlə Hindistan bazarı tamamlayır.

“Canalys”ın qiymətləndirməsinə görə, ötən rübdə Braziliya, Rusiya, Hindistan və Çində smartfonlar bazarının həcmi 123,4 milyon ədəd təşkil edib ki, bu da 279,4 milyon qlobal qurğu göstəricisinin 44 faizinə uyğundur. Telefon satışından daha çox “Apple” şirkəti qazanc (26 milyard dollar) əldə edib. Bunun sayəsində “iPhone” istehsalçısının telefon satışından dünya mədaxilində payı 34,2 faizə çatıb.

İkinci yeri 23,1 milyard dollar və ya 30,4 faizlə “Samsung” şirkəti tutub. Üçüncü yerdə 3,18 milyard dollar və ya 4,2 faizlik qlobal göstərici ilə “LG” şirkəti qərarlaşıb, - "DailyComm www.dailycomm.ru” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL