Yüksək Texnologiyalar Parkında növbəti beynəlxalq tədbir keçiriləcək
Cari ilin 30 may – 01 iyun tarixlərində paytaxtımızda Türkiyənin ən böyük startup tədbirlərindən olan “Etohum”-un Bakı toplantısı keçiriləcək.
Tədbir Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkında (Yüksək Texnologiyalar Parkı – “YT Park” MMC, Bakı AZ 1010, ünvan: Nizami küç.,129E. AF Business House -3-cü mərtəbə; tel:+994 12 310 1400; fax: +994 12 493 4100; www.hightech.az) təşkil olunacaq.
“Etohum” qurulduğu gündən ötən 6 il ərzində 300-dən çox mentor və 40-dan çox özəl investorlarla əməkdaşlıq edərək 200-ə yaxın layihəni seçmiş və onlara dəstək verib. Bu layihələr arasında Türkiyənin qabaqcıl internet şirkətləri –“Grupanya”, “Balerin”, “Evidea”, “Pembepanjur”, “İndirdik”, “İnfodif”, “Ehil”, “Gamester”, “Userspots”, “Connected2me”, “Dekoreko” kimi şirkətlər də var.
Bakıda sayca ikinci olan bu görüşün əsas məqsədi internet sahibkarlığı sahəsində Türkiyənin tanınmış şirkətlərinin sahibləri və əməkdaşlarının milli startupçılarımızla qazandıqları uğur və təcrübələri bölüşərək, onların innovasiya məhsullarının və yüksək texnologiyalarının daha tez kommersiyalaşdırılmasında köməklik göstərməkdir.
ABŞ şirkəti olan “Hazelcast” qurucusu Fuad Məlikov, Türkiyənin bir çox şirkətlərinin, o cümlədən “212 Vençur Kapitalı” şirkətindən Numan Numan, “Sporx” qurucusu İlkan Gökyılmaz, “Monitera” qurucuları Metin Kahraman, Harun Pekşen də məruzəçi qismində bu görüşdə iştirak edəcəklər.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL