waplog

2014-cü ilin yekunlarına əsasən, yeni “HTC One” smartfonlar ailəsi Azərbaycanda “Android” smartfonları arasında liderliyə iddia edir


2014-cü ilin yekunlarına əsasən, yeni “HTC One (M8)” smartfonlar ailəsi Azərbaycanda “Android” smartfonları arasında liderliyə iddia edir. Mütəxəssislərin rəyinə görə, bu ailəni təmsil edən modellər müxtəlif istehlakçı auditoriyasının maraqlarına cavab verir. Hazırda Azərbaycanda yeni “HTC One (M8)” və “HTC One” modellərinin satışları həyata keçirilir.
 
 
       Məsələn, “HTC One (M8)” flaqmanının əsas üstünlükləri bunlardır: tamamilə alümin korpus, ikili kamera (DuoCamera) və ikili müxtəlif rəngli işıq, qabaqcıl “Android KitKat 4.4” əməliyyat sistemi, “BoomSound” səs texnologiyası, yaddaşın 128GB-dək artırılma imkanı və s. Bu smartfonun ekranı möhkəm üçüncü nəsil “GorillaGlass” şüşəsilə müdafiə olunur.
 
       "Satışda olduğu qısa müddətə baxmayaraq “HTC One (M8)” smartfonuna olan tələbat gözlənilən proqnozları üstələyir. Ciddi və eyni zamanda dəbli dizayn həm gənclərin, həm də menecerlərin xoşuna gəlir", - deyə mobil telefon satışları ilə məşğul olan Bakı dükanlarından birinin nümayəndəsi qeyd edib.
 
       Qeyd etmək lazımdır ki, yeni smartfonun dizaynı Barselonada keçirilmiş “Mobile World Congress” sərgisi zamanı “Global Mobile Award” assosiasiyasının versiyasına əsasən "Ən yaxşı smartfon" adına layiq görülmüş bundan əvvəlki uğurlu “HTC One” modelinin ənənələrini davam etdirir.
 
       Smartfonda “MotionLaunch” (sadə və intuitiv idarəetmə), “HTC Dot View” (məlumatlrın əks olunacağı intellektual çexol), “HTC Sense TV”, “HTC BlinkFeed” (ekranda xəbərlər axını) və s. kimi qabaqcıl texnologiyalar istifadə olunur. Batareya tam doldurulduğu təqdirdə bu cihaz 14 günə qədər işləyə bilər (zəng, SMS və elektron poçt məktublarını qəbul etmək şərtilə).

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL