“Huawei” şirkəti yeni strateji istiqamət təqdim edib
“Huawei” şirkəti İT istiqaməti -gələcək inkişafın strategiyasının əsas hissəsi kimi təqdim edib.
“ICTnews” xəbər xidmətinin “www.tdaily.ru” saytına istinadən verdiyi məlumata əsasən, şirkətin bu yaxınlarda keçirdiyi forumda üçüncü nəsil server avadanlıqları və məlumatların saxlanılması üzrə korporativ sistem avadanlıqları təqdim edilib.
“Huawei” şirkəti dünyada İT həllərin və telekommunikasiyaların birləşmə tendensiyalarına uyğun olaraq İKT konvergent sənayesinin gələcək inkişafının əsasını informasiya texnologiyalarında görür.
Şirkət informasiya əsrinin əsas tələbi kimi İKT üzərində qurulmuş məlumat emalı və şəbəkə arxitekturası mərkəzlərinin yaradılmasını görür. “Huawei” server texnologiyaları, məlumat saxlama sistemləri, “bulud” hesablamaları, həmçinin təkamülə hazır olan şəbəkələrin yaradılması üzrə həllərə sərmayə qoyuluşlarına davam edir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL