"Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsinə dair Qaydalar"a dəyişikliklər edilib
"Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsinə dair Qaydalar"a dəyişikliklər edilməsi haqqında Azarbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı
"Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 7 mart tarixli 326 nömrəli Sərəncamının 3-cü hissəsinin icrası ilə əlaqədar olaraq Mərkəzi Seçki Komissiyasının "Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsinə dair Qaydalar"ının 1.4-cü bəndində müvafiq dəyişiklik edilməlidir.
Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində həmin dəyişikliklərin rəsmi dərc edilməsi və qüwəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etməlidir.
Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-civə 28.4-cü maddələrinə uyğunolaraq qəraraalır:
1. Mərkəzi Seçki Komissiyasının 2013-cü il 5 iyun tarixli 5/31 saylı Qərarı ilə təsdiq edilmiş "Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsinə dair Qaydalar"ın 1.4-cü bəndində "İnformasiya Texnologiyaları" sözləri "Yüksək Texnologiyalar" sözləri ilə əvəz edilsin.
2. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL