waplog

“Microsoft” bu yay "ağıllı saat" istehsal edə bilər


“Forbes” jurnalı yazıb ki, ABŞ-ın “Microsoft” korporasiyası bu yay “ağıllı” saat nümayiş etdirərək daşınan elektronika bazarına çıxmağa hazırlaşır. Smart saatın özəlliyi sahibinin nəbzinin tezliyinin gecə-gündüz ölçülməsi funksiyasıdır.
 
Nəşr yazır ki, “Microsoft” korporasiyası üçün ürək döyüntüsünün ölçülməsi texnologiyasının “Kinect” kontaktsız sensor oyun kontrollerini hazırlayıb. "Mütəxəssislərin "ağıllı” saat üçün hazırladıqları proqram platforması müxtəlif ötürücülərin məlumatlarını təhlil edərək istifadəçinin ürək döyüntüsü və ümumi fiziki forması haqqında dəqiq informasiya təqdim edəcək.
 
“ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, jurnal yazır ki, “Microsoft”un qurğusu tam rəngli sensor ekranla təchiz ediləcək.
 
“Forbes” jurnalı yazır ki, “ağıllı” saat yalnız “Windows Phone” mobil əməliyyat sistemi ilə deyil, həmçinin “Apple” və “Google” şirkətlərinin “iOS” və “Android” platformaları ilə işləyən smartfonlarla sinxronlaşır. “Ağıllı saat" akkumulyatorunun şarjı iki gün üçün kifayət edəcək.
 
Emil Hüseynov
 
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL