waplog

Vahid seçicilər siyahısının tərtibi dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə aparılıb


Mərkəzi Seçki Komissiyası vahid seçicilər siyahısının dəqiqləşdirilməsi prosesinə yekun vurub.
 
“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, bu barədə komissiyanın məlumatında deyilir.
 
Məlumatda bildirilir ki, vahid seçicilər siyahısının tərtib edilməsi dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə həyata keçirilib.
 
Seçici siyahılarının çap prosesi ilə bağlı bir sıra texniki yeniliklər edilib və proqram təminatı daha da təkmilləşdirilib. Mərkəzi Seçki Komissiyasını fiber-optik xətlər üzərindən 125 seçki dairəsinin dairə seçki komissiyaları ilə birləşdirən yeni yaradılmış lokal şəbəkənin yaratdığı sürətli və təhlükəsiz informasiya mübadiləsi seçici siyahılarının ümumiləşdirilməsi prosesini intensivləşdirib və seçici məlumatlarının keyfiyyətli təhlilini təmin edib. Lokal şəbəkə üzərindən qurulmuş video-konfrans sistemi vasitəsilə dəqiqləşmə prosesi zamanı ortaya çıxan suallar onlayn rejimdə operativ şəkildə dairə seçki komissiyaları ilə müzakirə edilib və müvafiq addımlar atılıb.
 
Qeyd edək ki, bu günə olan məlumata görə, ölkə üzrə vahid seçicilər siyahısında 5054455 nəfər seçicinin adı var ki, onların 48,21 faizi kişi, 51,79 faizi isə qadınlardır.
 
CAHANGİR
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL