waplog

"Ultra HD” formatlı televizor panelləri bazarının həcmi 5 dəfə artacaq


"Digitimes Research" analitik şirkətinin qiymətləndirməsinə görə, 2014-cü ilin yekunları üzrə "4K" formatlı (Ultra HD) televizor panellərinin tədarük həcmi 17,83 milyon ədədə çatacaq və 2013-cü ilin göstəricisini ümumilikdə 475 faiz üstələyəcək.
 
Həmçinin belə panellərin orta ölçüsünün diaqonal üzrə 50,8 düym olacağı gözlənilir. Məlumat üçün qeyd edək ki, adi maye-kristal (LCD) televizorlar üçün orta ölçünün bu il 39,8 düym səviyyəsində olacağı proqnozlaşdırılır. 
 
Analitiklər qeyd edirlər ki, əvvəllər yüksək təsvir ölçülü televizorlar üçün ekranların əksəriyyəti Tayvan istehsalçıları tərəfindən tədarük edilirdi. Lakin bu il vəziyyət dəyişəcək və bu seqmentdə Cənubi Koreyanın "Samsung Display" və "LG Display" istehsalçıları payını artıracaq. Mütəxəssislərin qiymətləndirməsinə görə, bu şirkətlər birlikdə 2014-cü ildə "UHD TV" panellərin tədarükünün ümumi həcminin təxminən 40 faizini təmin edəcək.  
 
"LG Display" cari ildə 4 milyon yüksək təsvir ölçülü panel satmaqla dünya "4K" displeylər bazarının 30 faizinə sahib olmaq niyyətindədir", - şirkətin vitse-prezidenti Çoy Donq Von deyib.
 
"Digitimes Research" ekspertləri uzaq perspektivlə bağlı proqnozlarını da bölüşüblər. Proqnoza görə, 2017-ci ildə "UHD TV" panellərinin tədarükü 72,5 milyon ədədədək artacaq. Mütəxəssislərin fikrincə, həmin vaxtadək 50 və daha yuxarı düym diaqonallı televizorların çoxu yüksək təsvir ölçüsünü dəstəkləyəcək, - "DailyComm" www.dailycomm.ru yazır.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL