waplog

“Etohum” Azərbaycanda novatorluğun inkişafını daha effektiv və sürətli şəkildə təşkil etməyə dəstək olacaq


Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkında "Etohum Toplantısı" keçirilib.
 
"Etohum"un rəhbəri Burak Büyükdemirin "ICTnews" xəbər xidmətinə verdiyi  məlumata əsasən, Türkiyə internetin inkişafı, internetdə sahibkarlıq sahəsində son 5-6 il ərzində böyük nailiyyətlər əldə edib.
 
"Bir vaxtlar Türkiyədə internetdə sahibkarlıq anlayışı heç yox idi. Lakin biz universitetlərdə oxuyan tələbələri, eləcə də,  sərmayədarları cəlb etdik və bu vaxt ərzində böyük irəliləyişə nail olduq. Artıq bizim sahibkarlar "eBay", "Pozitron" kimi resursların səhmlərini satın alıblar. Bizim fəaliyyətimiz isə bütün bu sahibkarlara təlimlər keçirməkdən ibarətdir. Çünki insan nə qədər ağıllı olsa və böyük maliyyə vəsaitlərinə malik  olsa da,  qurmaq istədiyi iş sahəsində məlumatsız olsa,  layihəsi uğurlu ola bilməz", - deyə o bildirib.

B. Büyükdemirin sözlərinə əsasən, uğur əldə etmək üçün ekosistemlərə qoşulmaq lazımdır.

"Türkiyənin və ya digər bir ölkənin bazarı sərmayədarlar və istifadəçilər üçün o qədər də böyük maraq kəsb etməyə bilər, lakin söhbət bütöv bir regiondan gedəndə insanlar daha çox  maraq göstərir. Region dedikdə biz Türkiyəni, Orta Asiyanı, Azərbaycanı, Pakistanı və digər qonşu ölkələri nəzərdə tuturuq. Azərbaycanla bizim əməkdaşlığımızda əsas məqsəd yerli Yüksək Texnologiyalar Parkının fəaliyyətinin, novatorluğun səmərəliliyini və effektivliyini təmin etməkdir. Bu da bizim yerli mütəxəssislərlə bölüşdüyümüz təcrübədən istifadə etməklə mümkün olur. Çünki biz artıq o səhv addımları atmışıq və onların nəticələrini görmüşük. Bununla yerli  mütəxəssislər yanlış layihələrin reallaşdırılmasına artıq vaxt itirməyəcəklər və bu sahədə daha sürətli inkişaf əldə ediləcək. Lakin bizim təcrübəmizlə bölüşməyimiz üçün qarşılıqlı səfərlərin  və "Startup Weekend", "Startup Azerbaijan" və "Etohum" kimi tədbirlərin sayı olduqca çox olmalıdır", - deyə o qeyd edib.

O, eyni zamanda bildirib ki, bu ilki "Etohum" toplantısında 250-dək insan iştirak edib və onların əksəriyyəti  ali təhsilli ciddi insanlardır, bu da uğurun bir hissəsidir.
 
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL