İndiyədək “SABAH” qruplarına 1800 tələbə elektron qeydiyyatdan keçib
İndiyədək “SABAH” (Savadlı, bacarıqlı, hazırlıqlı) qruplarına 1800 tələbə elektron qeydiyyatdan keçib. Bu proses hazırda davam etməkdədir. Təhsil Nazirliyindən qeyd edilib ki, sözügedən qruplara qəbul olmaq istəyən tələbələr iyunun 12-dək “www.sabah.edu.az” saytında elektron qeydiyyata düşməlidirlər.
Qeydiyyat prosesi də daxil olmaqla, tələbələr 3 mərhələdən keçməlidirlər.
Növbəti mərhələdə iyulun 1-dən 15-dək 25 məntiq və 25 xarici dil olmaqla 50 sualdan ibarət “SABAH” imtahanı vermək və sonda müsahibədən keçmək nəzərdə tutulur. Elektron ərizə əsasında müsabiqənin I mərhələsində elektron proqram təminatı vasitəsilə hər bir namizədin qiymətləndirilməsi aparılır. Elektron ərizələrin qəbulu başa çatdıqdan 10 təqvim günü sonra ərizəsi təsdiqlənmiş namizədlər II mərhələnin test imtahanının keçirilmə vaxtı və məkanı barədə elektron formada bildiriş göndərilməklə məlumat əldə edirlər.
“SABAH” qruplarına tələbələrin qəbulu üzrə müsabiqənin II mərhələsində test imtahanının keçirilməsi üçün Təhsil Nazirliyi tərəfindən “Test bankı” hazırlanır. Test imtahanı xarici dil və məntiq komponentləri üzrə aparılır. Sözügedən mərhələləri daha yüksək nəticə ilə keçənlər “SABAH” qrupunun tələbələri olacaq və ikinci kursdan etibarən ixtisaslarına uyğun baza ali təhsil müəssisəsində təhsillərini davam etdirəcəklər. “SABAH” qrupları 33 ali təhsil müəssisəsində yaradılmaqla, 52 ixtisası əhatə edəcək. İxtisaslara BDU-da “İnformatika müəllimliyi”, “Kompüter elmləri”, “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi”, “Kompüter mühəndisliyi”, “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi”, ADPU-da “Riyaziyyat və informatika müəllimliyi” və s. istiqamətlər daxildir. Hər bir ixtisasın “SABAH” qrupu həmin ixtisas üzrə ən yaxşı göstəricilərə malik ali təhsil müəssisəsində yerləşəcək. Qruplar ali təhsil müəssisəsində yerləşən “SABAH Mərkəzi” vasitəsilə idarə olunacaq.
Mərkəzlərin işinə isə birbaşa Təhsil Nazirliyi nəzarət edəcək.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL