waplog

ABŞ səfiri andiçmə mərasimini riderin köməyi ilə keçirib


“The Washington Post” nəşri yazır ki, Süzan Levayn iyunun 2-də andiçmə mərasimini ABŞ konstitusiyasının surəti köçürülmüş “Kindle” riderində keçirən ABŞ-ın birinci səfiri kimi tarixə düşüb.
 
“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, nəşr yazıb ki, bu, rəsmi şəxslərin andiçmə mərasimini elektron qurğuların köməyilə keçirdikləri ilk hadisə deyil.

Qeyd edək ki,  ABŞ senatı Levaynı İsveçrə və Lixtenşteyndə səfir vəzifəsinə təyin edib.

Xatırladaq ki, Süzan Levayn 2009-2012-ci illərdə “Microsoft”da işləyib.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL