waplog

Azərbaycanda ilk dəfə “XpanD 2D” sistemi tətbiq edilib


BMT-nin Uşaq Fondu (UNICEF) uşaq hüquqlarının qorunması və uşaqlara qarşı zorakılıq hallarının aradan qaldırılmasını bir daha diqqətə çatdırmaq məqsədilə “28 Cinema” ilə səylərini birləşdirib.
 
Təklif olunan tərəfdaşlığın tərkib hissəsi kimi şirkət filmlərin nümayişindən əvvəl zorakılıqdan əlilliyə kimi müxtəlif mövzulu “UNICEF” sosial çarxlarını təqdim edəcək, foyedə uşaq hüquqlarına və “UNICEF”-in ölkədəki fəaliyyətlərinə həsr olunmuş fotosərgi nümayiş olunacaq və bilet satış məntəqəsində “UNICEF”-in məlumat materialları  (broşürlar, flayerlər) paylanacaq.
 
 
“UNICEF”-in Azərbaycandakı nümayəndəsi Mark Herevardın sözlərinə görə, təşkilat uşaqlara yardım etmək üçün korporativ sektorun gücünü səfərbər edən ittifaqlar yaratmaq məqsədilə bütün dünyada çoxmilli korporasiyalar və yerli şirkətlərlə sıx əməkdaşlıq edir: “Biz “28 Cinema” -nın  uşaqlara onların bütün hüquqlarının icra olunduğu parlaq bir gələcək bəxş etmək yolunda gördüyümüz işlərdə uzunmüddətli tərəfdaşımız olacağına ümid edirik”. 
 
 
Təşkilatdan vurğulanıb ki, “Uşaqlara qarşı zorakılıq birgə təşəbbüsün ilk mövzusudur” – “UNICEF”-in xoşməramlı səfiri Liam Neesonun səsləndirdiyi və tamaşaçını gözlə görünməyən silsilə zorakılıq səhnələri ilə dolu bir gəzintiyə çıxaran olduqca təsirli videoçarx iyun ayı boyunca kinoteatrda nümayiş etdiriləcək. “UNICEF”-in uşaq hüquqlarına həsr olunmuş fotosərgisi isə 10 iyundan başlayaraq kinoteatrın foyesində tamaşaçıların diqqətinə təqdim olunacaq. 
Qeyd edək ki, Azərbaycanın premium kinoteatrı olan “28 Cinema”da ən müasir texnologiyaya əsaslanan gələcək nəsil “Barco” rəqəmsal proyektorları quraşdırılıb. Bu texnologiya ekranda yüksək keyfiyyətli ultragüclü görüntü və təkmilləşdirilmiş görüntü parlaqlığı təmin edir.
 
 
Bununla yanaşı, yeni “XpanD 2D” sistemi ilk dəfədir ki, Azərbaycanda tətbiq edilir. “XpanD 3D” hal-hazırda bütün dünyanın kinoteatr bazarında 3D texnologiyaları sahəsində liderdir; bu sistem maye kristal displeyli (LCD) okulyarlardan ibarət xüsusi şüşələrə malikdir. “28 Cinema” kinoteatrında istifadə olunan aktiv növ şüşələr tamaşaçılara mümkün olan ən parlaq görüntü bəxş edir.


 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL