waplog

“Ericsson”: “Bir ildən sonra mobil şəbəkələrə qoşulmaların sayı Yer kürəsi əhalisinin sayını ötəcək”


2015-ci ildə mobil şəbəkələrə ümumi qoşulmaların sayı dünya əhalisinin sayını ötəcək. Bu barədə genişzolaqlı mobil internet bazarının təhlilinə həsr olunan “Ericsson Mobility Report” hesabatında deyilir.

Mobil qoşulmaların sayı ildə 7 faiz artır və təkcə 2014-cü ilin birinci rübündə qoşulmalarda artım 120 milyon təşkil edib. 2019-cu ilin sonunadək ümumi sayı 7,6 milyarda çatacaq mobil qoşulmaların 80 faizi genişzolaqlı mobil internetin payına düşəcək. 

Proqnozlara görə, iki ildən sonra – 2016-cı ildə smartfonlar populyarlığına görə mobil telefonları geridə qoyacaq və nəticədə qoşulmuş smartfonların ümumi sayı 5,6 milyarda çatacaq. 2019-cu ildə Avropada 765 milyon smartfon şəbəkəyə qoşulacaq ki, bu da region əhalisinin sayından çoxdur.

2014-cü ilin birinci rübündə smartfonların telefonların ümumi satışında payı 65 faiz təşkil edib. 2019-cu ildə orta smartfon istifadəçisi hər ay hazırkı göstəricidən dörd dəfə çox trafikdən istifadə edəcək. Bu, 2013-2019-cu illərdə genişzolaqlı mobil internet şəbəkələrində trafikin 10 dəfə artmasına səbəb olacaq.
2019-cu ildə Avropa əhalisinin 80 faizi “LTE” şəbəkələrinin əhatəsi zonasında yaşayacaq. Bununla belə, “LTE” texnologiyasının Avropada nüfuzetmə səviyyəsi Şimali Amerikadakı 85 faizə nisbətdə 30 faiz təşkil edəcək. Həmçinin Qərbi Avropa və Mərkəzi və Şərqi Avropa ölkələri arasında əhəmiyyətli fərq müşahidə olunacaq. 2019-cu ilədək “LTE” şəbəkəsinin əhatə zonasına Şimal-Şərqi Asiya əhalisinin 95 faizi daxil olacaq, regionda bu texnologiyanın nüfuzetmə səviyyəsi 45 faiz təşkil edəcək. Dünya “LTE” qoşulmalarının 25 faizinin Çinin payına düşəcəyi gözlənilir ki, bu da 700 milyondan çox “LTE” qoşulma deməkdir. 

"Ericsson”un proqnozuna əsasən, 2019-cu ildə “Machine-to-Machine” (M2M) texnologiyalı aktiv qurğuların sayı 2013-cü ildəki 200 milyonla müqayisədə 3-4 dəfə artacaq. Hazırda əksər “M2M” qurğuları yalnız “GSM” texnologiyasını dəstəkləyir. Lakin 2016-cı ildə vəziyyətin dəyişəcəyi proqnozlaşdırılır. Belə ki, aktiv “M2M” qoşulmalarının çox hissəsi “3G/4G” şəbəkələrində həyata keçiriləcək, - "CNews www.cnews.ru” yazır.  
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL