“Apple”ın yeni maliyyə rəhbəri 1 milyon dollar məbləğində maaş alacaq
Mayın 29-da Luka Maestri “Apple”ın yeni maliyyə direktoru təyin edilib. “Bloomberg” informasiya agentliyi “alma” şirkətinin ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına göndərdiyi sənədlərə istinadən yazır ki, “Apple”ın yeni maliyyə direktoru 1 milyon dollar məbləğində illik maaş alacaq.
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Apple”ın əvvəlki maliyyə direktoru Piter Oppenqeymer olub. O, bu vəzifədə təxminən 18 il işləyib. Oppenqeymer ailəsinə daha çox vaxt ayırmaq üçün işini tərk edib.
Luka Maestri 2013-cü ilin əvvəlində “Apple” şirkətinə qoşulub. O, maliyyə sahəsində 25 illik iş təcrübəsinə malikdir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL