“Vertu” şirkəti “Signature Touch” qabaqcıl smartfonunu nümayiş etdirib
“Vertu” şirkəti “Signature Touch” bahalı smartfonunu nümayiş etdirib.
Aparat “Qualcomm Snapdragon 800” platforması əsasında yaradılıb, 2 QB əməli yaddaş, 64 QB daxili yaddaş, dördnüvəli prosessorla təchiz edilib. LTE və ikidiapazonlu “Wi-Fi” standartları dəstəklənir.
“ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, “Signature Touch” “Vertu” şirkətinin 4,7 düymlük IPS Full-HD ekranla təchiz edilmiş smartfonudur.
Aparatın korpusu titandandır. Ön hissəsi sapfir şüşə ilə örtülüb. İkiqat işıq diodu işıqlandırıcısına malik 13 meqapiksellik kamera “Hasselblad” şirkəti tərəfindən sertifikatlaşdırılıb.
“Vertu Signature Touch” aparatı cari ilin iyulunda 8300 avro məbləğində satışa çıxarılacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL