waplog

Fərdi kompüter bazarında azalma davam edəcək


“IDC” analitik şirkəti cari il üçün fərdi kompüter bazarının dinamikası üzrə öz proqnozunu yeniləyib. Məlumata əsasən, 2013-cü illə müqayisədə azalma 6% təşkil edəcək.
 
“ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “IDC”-nin məlumatına əsasən, planşet və smartfonların populyarlaşması, məlumatların internetə daşınması, həmçinin dünyada qeyri-müəyyən makroiqtisadi vəziyyət tədarük həcminin azalmasına səbəb kimi göstərilir. “IDC” şirkətinin ötən ilin dekabrında dərc etdiyi proqnoza əsasən, 2014-cü ilin sonunadək planetin əhalisinin 20%-i planşetdən istifadə edəcək və bir çox inkişaf etməkdə olan ölkələrdə istifadəçilər heç vaxt FK-dən istifadə etməyiblər, amma dərhal smartfondan istifadəyə keçiblər.
 
“IDC”-nin qiymətləndirməsinə əsasən, cari il dünya bazarına 296,3 milyon kompüter tədarük ediləcək. Bir il əvvəl bu göstərici 315.1 milyon təşkil edib.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL