waplog

“Microsoft” şirkəti “WebOS” yaradıcılarını öz platformasına cəlb etməyə çalışır


“Microsoft” şirkəti “Hewlett-Packard” şirkətinin “WebOS” əməliyyat sistemi ilə işləyən mobil qurğulardan imtina etdikdən sonra yaradıcıları öz platformasına cəlb etməyə çalışır.

“Microsoft” korporasiyasında “Developer Experience” xidmətinin direktoru Brendon Vatson “Twitter” vasitəsilə yaradıcıları “Windows Phone” üçün proqramlar hazırlamağa səsləyib.

Vatson onlara alətlər, təhsil və pulsuz smartfon daxil olmaqla lazım olan hər şeyin veriləcəyini bildirib. "Windows Phone”-da müvəffəqiyyət qazanmaq üçün sizin hər şeyiniz olacaq " – deyə yazıda qeyd olunub.

Lakin “Microsoft” çətin ki xeyli sayda yaradıcı toplaya, belə ki, məhz onların az olması “WebOS” əməliyyat sisteminin müvəffəqiyyətsizliyinin əsas amillərindən biridir.

“HP TouchPad” planşeti iyul ayında satışa çıxarıldıqda şirkət mağazasında 6,2 min proqram mövcud olub. Onların 5,9 mini smartfonlar üçün, 300-ü isə planşetlər üçün yaradılıb.

Müqayisə üçün, “Microsoft” mağazasında “WP”-smartfonlar üçün 25 min, “Android Market” mağazasında 250 min və “Apple App Store”-də isə 500 milyon proqram mövcuddur.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL