waplog

Avropa İttifaqı mülki robot texnikası üzrə layihənin icrasına başlayıb


Avropa Komissiyası “euRobotics” Assosiasiyasına daxil olan 180 şirkət və elmi tədqiqat müəssisəsi ilə birlikdə mülki robot texnikası sahəsində dünyanın nəhəng layihəsinin işə salınmasını bəyan edib.
  
“SPARK” adlandırılan təşəbbüs sənaye istehsalı, kənd təsərrüfatı, səhiyyə, nəqliyyat, təhlükəsizlik sistemləri və mühafizə sistemləri üçün robotların yaradılmasını nəzərdə tutur. Proqnozlara görə, 2020-ci ildə dünya robotlar bazarının həcmi 2014-cü ildəki 22 milyard avrodan 60 milyard avroyadək artacaq. Bu səbəbdən Avropa İttifaqı (Aİ) bazardakı payını hazırkı 35 faizdən 42 faizədək artırmaq niyyətindədir.

“SPARC” layihəsi çərçivəsində investisiyaların əsas hissəsinin (2,1 milyard avro) özəl şirkətlər tərəfindən yatırılması, Aİ büdcəsindən 700 milyon avronun (ümumi maliyyələşdirmənin dörddə bir hissəsi) ayrılması nəzərdə tutulur.

“Avropa robotların alıcısı deyil, həm də istehsalçısı olmalıdır. Robotlar insanları əvəz etməklə yanaşı, bəzən insanların bacarmadıqları və ya hazırlamaq istəmədikləri əşyaları düzəldirlər. Onların hazırladıqları məhsullar bizim firavan həyatdan tutmuş, təhlükəsizliyimizə qədər hər şeyə müsbət təsir göstərir. Robotların Avropa sənayesinə inteqrasiyası bizə qitədə yeni iş yerlərini açmağa və mövcud olanları saxlamağa imkan verəcək”, - Avropa Komissiyasının vitse-prezidenti Neli Krus deyib.   

Aİ təmsilçisinin iş yerlərinin saxlanılması ilə bağlı səsləndirdiyi fikir məntiqli görünür. Belə ki, hazırda yığım istehsalı iş qüvvəsinin ucuz olduğu ölkələrə köçürülür, sənaye robotları sayəsində isə istehsalı Avropada saxlamaq mümkün olacaq. Aİ-nin qiymətləndirməsinə əsasən, “SPARC” 240 min yeni iş yerinin açılmasına şərait yaradacaq. Yeni iş yerlərinin ilk növbədə robot texnikası və qarışıq sahələrdə çalışan alim, mühəndis və proqramçılar üçün açılması gözlənilir.

“euRobotics” Assosiasiyasının istehsalçıları əmindirlər ki, yalnız robotlar sayəsində demoqrafik problemləri, o cümlədən təbii ehtiyatları tükəndirmədən və ətraf mühiti çirkləndirmədən dayanıqlı iqtisadi inkişafa nail olmaq və müasir cəmiyyətin sosial problemlərini aradan qaldırmaq mümkündür, - “Xaker www.xakep.ru” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL