Ölkəmizdə mobil qurğular bazarında sürətli artım qeydə alınıb
Azərbaycanda "Global Stats" statistika mərkəzinin hesabatına əsasən, son bir il ərzində daşınan (portativ) kompüter bazarının həcmi iki dəfədən çox artıb.
Belə ki, iyun ayının əvvəlinə olan məlumata əsasən, mobil kompüter bazarının payı 28,91 % təşkil edir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bazarın bu seqmenti 54,13%, bu il ərzində isə ölkədə portativ kompüterlərin (noutbuklar, netbuklar) bazar payının 11,82% artımı müşahidə olunur.
Planşet kompüterlər bu reytinqdə 4,84% pay ilə üçüncü yeri tuturlar. Bu ilin yanvar-may aylarında bazarın sözügedən seqmentinin artımı 16,94% təşkil edib, ötən ilin müvafiq dövrü ilə müqayisədə planşet qurğular seqmenti 39,9% artıb.
Stasionar fərdi kompüter bazarının payı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 21% azalaraq 66,25% təşkil edib.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL