waplog

Botanika İnstitutunun qiymətli kolleksiyası üzrə məlumat bazası yaradılıb


AMEA Botanika İnstitutunun zəngin Herbari Fondunun infrastrukturu yenilənib, qiymətli kolleksiyası üzrə məlumat bazası yaradılıb. Artıq baza onlayn istifadə məqsədilə virtual şəbəkəyə qoşulub.

Bu işlər 2011-2014-cü illərdə Volksvagen Fondunun dəstəyi, eyni zamanda Berlin-Dahlem Botanika Bağı və Botanika Muzeyi (BBBM, Almaniya) ilə müştərək həyata keçirilən layihə çərçivəsində yerinə yetirilib. Layihənin nəticələri, aparılan elmi tədqiqat və təşkilati işlər, əldə edilən nəticələr Almaniyada  müzakirə edilib.
 
Belə ki, AMEA Botanika İnstitutunun nümayəndə heyəti Qafqaz ölkələrinin aparıcı botanika təşkilatları, Berlin-Dahlem Botanika Bağı və Botanika Muzeyinin (BBBM, Almaniya) və Volksvagen Fondunun nümayəndələrinin iştirakı ilə Almaniyanın Berlin şəhərində keçirilən işçi toplantıya dəvət ediliblər. AMEA Botanika İnstitutunun layihə müddətində əldə etdiyi nailiyyətlər İnstitutun direktoru, b.e.d., prof. Validə Əlizadə və Elmi informasiya və innovasiya şöbəsinin müdiri, b.ü.f.d. Esmira Əlirzayeva tərəfindən məruzə edilib.
 
Qeyd edilib ki, layihə çərçivəsində yüksək dağ ərazilərində çöl təcrübələrinin aparılması üçün instituta nəqliyyat vasitəsi də təqdim edilib, gənc mütəxəssislər botanikanın müasir sahələri üzrə Almaniyada magistr və doktorluq pillələri üzrə təhsil alırlar. AMEA Botanika İnstitutu Elmi İnformasiya və İnnovasiya şöbəsindən bildirilib ki, Volksvagen Fondunun nümayəndəsi Azərbaycan tərəfinin layihə çərçivəsində əldə etdiyi uğurları xüsusi qeyd edərək, onların əsasında digər fondların maliyyə dəstəyinin cəlb edilməsini və elmin inkişafına təkan verilməsini yüksək qiymətləndirib.
 
Əməkdaşlığın davamı üçün gələcək planların müzakirəsində AMEA Botanika İnstitutunun Ali bitkilərin sistematikası şöbəsinin müdiri, b.ü.f.d. Vüqar Kərimov müzakirələrdə iştirak edərək Azərbaycanın bəzi nadir bitki növlərinin müasir səviyyədə tədqiq edilməsini təklif edib.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL