waplog

Bakının bəzi yollarında “ağıllı” radarlar quraşdırılıb


Bakı Şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun verdiyi məlumata görə, paytaxt ərazisində sürət həddini ölçən kifayət qədər radar olmasına baxmayaraq, bəzi sürücülər həmin radarlara az qalmış sürət həddini aşağı salır, radarı keçdikdən sonra avtomobili yenidən yolda müəyyən edilən sürətdən artıq sürətlə idarə edirlər:
 
“Lakin həmin sürücülər “ağıllı” radarları aldada bilməyəcəklər. Artıq Tbilisi və Nobel prospektlərində belə radarlar quraşdırılıb. “Ağıllı” radarlar asfalt örtüyünə çəkilən naqil vasitəsi ilə avtomobilin iki radar arasında məsafəni hansı müddətə getdiyini müəyyənləşdirərək orta sürət çıxarır”.
 
V. Əsədov “ağıllı” radarların yaxın gələcəkdə paytaxtın digər küçə və prospektlərində də  quraşdırılacağını bildirib.

RƏVAN
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL