waplog

Ruhi xəstələrin vahid uçotu elektron qaydada aparılacaq


Sumqayıtda Ruhi-Əsəb Xəstəlikləri Dispanserində xəstələrin vahid uçotu elektron qaydada aparılacaq. Bununla əlaqədar olaraq dispanser beş ədəd kompüterlə təmin olunub.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Sumqayıtda Ruhi-Əsəb Xəstəlikləri Dispanserinə başçəkmələr həyata keçiriblər. Dispanserin bütün obyektlərinə baxış keçirilib, şərait, tibbi xidmət, qidalanma, xəstələrə qarşı rəftarla bağlı pozuntu müşahidə olunmayıb.
 
 
“Bu müəssisələrə əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin bir çoxunun icra olunduğu, o cümlədən Sumqayıt Şəhər Ruhi-Əsəb Xəstəlikləri Dispanserində xəstələrə gətirilən və təqdim olunan sovqatların qeydiyyat kitablarının səliqəyə salındığı və bu işin tam həyata keçirildiyi, xəstələrin vahid uçotunun elektron qaydada aparılması üçün dispanserin beş ədəd kompüterlə təmin olunduğu, stasionar və ambulator müalicəsi aparılan xəstələrin dərman preparatları, həmçinin tibbi ləvazimatlarla, gigiyenik vasitələrlə kifayət qədər təmin olunduğu, eyni zamanda, Sumqayıt ŞPİ-nin MSY-də və adıçəkilən polis bölmələrində saxlanılma şəraitinin və sənədləşmə işinin daha da təkmilləşdirildiyi müəyyənləşdirilib. Baxış keçirilmiş müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə əlaqədar müvafiq tövsiyələr verilib” – deyə Ombudsman Aparatından bildirilib.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL