Bu ay İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu qrant layihələrinin kompleks ekspertizasını başa çatdıracaq
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu qrant müsabiqəsinə təqdim edilən layihələrin ilkin ekspertizasını başa çatdırıb.
Fonddan "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, hazırda layihələrin kompleks ekspertizası həyata keçirilir.
"Kompleks ekspertiza bu ayın sonuna kimi davam edəcək və artıq bundan sonra layihələr fondun Müşahidə Şurasına baxılmaq üçün təqdim ediləcək", - deyə fonddan bildiriblər.
Qeyd edək ki, mayın 2-də başa çatan müsabiqə çərçivəsində fonda 194 layihə daxil olub.
Layihələrin 97-si 10 min - 100 min manat, 52 layihə 100 min – 200 min manat, 45 layihə isə 200 min - 300 min manat arasında həcmdə qranta iddia edirlər.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL