waplog

“Samsung” və “InterDigital” patent sazişi imzalayıblar


Simsiz rabitə seqmentində araşdırmalarla və texnoloji yeniliklərin hazırlanması ilə məşğul olan “InterDigital” şirkəti “Samsung” şirkəti ilə patent sazişi imzalayıb.
 
“ICTnews” xəbər xidmətinin “www.astera.ru” saytına istinadən verdiyi məlumata əsasən,  bu saziş iki şirkət arasında məhkəmə çəkişmələrinə son qoyacaq.
 
Müqavilənin şərtlərinə əsasən, “Samsung” müəllif ödənişləri ödəyəcək. “InterDigital” şirkətinin rəhbəri Uilyam Merrit bu sazişin onun şirkətinin uzunmüddətli konsepsiyasının və patentlərin lisenziyalaşma prosesinin effektiv və səmərəli diskussiyalara gətirib çıxaracağının və mübahisələrin ədalətli həllinin göstəricisidir.
 
Xatırladaq ki, “InterDigital” ABŞ-da 2013-cü ildə məhkəmə iddiası ilə çıxış edib, sonra isə Beynəlxalq ticarət komissiyasına “Samsung” mallarının idxalına qadağa qoymaqla bağlı  ərizə ilə müraciət edib. Şirkət artıq “Apple” və “BlackBerry” ilə sazişlər bağlayıb.
 
Aynur Vəliyeva


 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL