waplog

Elektron ticarətin həcmi 25 milyonu ötüb


Bakı Banklararası Valyuta Birjası (BBVB) tərəfindən Elektron Ticarət Sistemində (BEST) hesabat ayında 40 ticarət sessiyası keçirilib və 24 əqd qeydə alınıb.
 
 
BBVB-nin bununla bağlı yaydığı məlumatda bildirilir ki, hərracların həcmi 25,572 milyon manat və yaxud dollar ekvivalentində 32,610 milyon təşkil edib.
 
 
Belə ki,  BEST-də USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 1,631 milyon dollara çatıb, halbuki hər əqdin orta həcmi 1,359 milyon dollar olub. Aprel ayı ilə müqayisədə valyuta bölməsinin həcm göstəriciləri hesabat dövründə 2,529 mln. manat və yaxud 9% azalıb.
 
 
Hesabat ayında birjada Azərbaycan manatının USD/AZN_TOD aləti üzrə ABŞ dollarına qarşı məzənnəsi 0,01% qalxıb - hər USD-ə görə 0,7830-dən 0,7829 AZN-ə qədər. Milli valyutanın ABŞ dollarına nisbi ortaölçülü birja məzənnəsi may ayında 0,7842 AZN-ə bərabər olub.
 
 
BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən cari ilin may ayında 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan “BakİBOR” indeksi manat vəsaitləri üzrə illik 10,19%, ABŞ dolları üzrə isə 10,56% təşkil edib. “BakİBİD” tarifi 90 günlük müddətində manatla illik 5,21%, ABŞ dolları ilə 5,06% olub.
 
 
SEYMUR
 
 
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL