waplog

Dövlət qeydiyyatından keçməyən müxtəlif növ radioelektron vasitələrin sayı açıqlanıb


Bu ilin yanvar-may ayları ərzində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Dövlət Radiotezliklər İdarəsinin (DRİ) mütəxəssisləri müəssisə və  təşkilatlarda  keçirilən texniki baxış zamanı 159 ədəd  DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə (REV) aşkarlayıb.
 
İdarədən verilən məlumata görə, mütəxəssislər ümumilikdə 295 təşkilat, müəssisə və şirkətdə istismar olunan radioelektron vasitələrə texniki baxış keçirib və müvafiq qaydada aktlar tərtib ediblər.
 
Texniki baxış zamanı aşkarlanan 159      ədəd qeydiyyatdan keçməyən müxtəlif növ REV-dən 54 ədədi möhürlənib, 59 ədədi qeydiyyata salınıb, qalan 46 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.
 
Qeyd edək ki, dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 9 ədəd protokol yazılıb və müvafiq  hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.
 
CAHANGİR
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL