“Sony” şirkəti “SmartBand” qolbağını buraxıb
“Sony” şirkəti insanın gündəlik aktivliyini izləyən “SmartBand SWR10” qolbağının satışlarına başlayıb. ABŞ istifadəçiləri qurğu üçün sifarişi şirkətin onlayn mağazasında təxminən 100 dollara rəsmiləşdirə bilərlər.
“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “SmartBand” smart qolbağı “CES 2014” sərgisində nümayiş etdirilib. Cihaz real vaxt rejimində insan həyatının qeydə alınması üçün nəzərdə tutulub. Aksesuar sizin olduğunuz yerləri, hansı vaxtda şəkil çəkdiyinizi, musiqi dinlədiyinizi, kitab oxuduğunuzu qeydə alır. Bundan sonra bu informasiya “Android”-smartfonda “Lifelog” tətbiqi ilə emal olunur.
“SmartBand” qolbağı smartfona “NFC” və ya “Bluetooth” ilə qoşula bilər. Həmçinin “Sony Entertainment Network” hesabı lazımdır. Cihazın sahibi smartfonundan 10 metr məsafədə uzaq olsa, smart-qolbaq vibrasiya ilə bu haqda xəbər verəcək. Bundan başqa, qurğu insanı yuxudan oyada, ona zəng, SMS, "layk" və tvitlərdən xəbər verə biləcək. “SmartBand” qolbağı su və toza qarşı davamlıdır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL