waplog

Məlumatların saxlanılması sistemləri bazarının həcmi 6,9% azalıb


“IDC” tədqiqat şirkəti qlobal xarici saxlanc qurğular bazarında vəziyyəti təhlil edib. Ekspertlərin qiymətləndirməsinə əsasən, 2014-cü ilin birinci rübünün nəticəsinə görə onun həcmi 5,6 milyard dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 5,2% azdır.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2013-cü ilin oktyabr-dekabrında məlumatların saxlanılması sistemlərinin rüblük satış həcmi 17% azalaraq 7,3 milyard dollar təşkil edib.
 
“IDC Worldwide Quarterly Disk Storage Systems Tracker”in hesabatına əsasən, ötən rüb buraxılmış məlumatların saxlanılması sistemlərinin ümumi tutumu ötənilki göstəricilərlə müqayisədə təxminən 20% yüksələrək 9,9 ekzabayta çatıb.
 
Xarici saxlanc qurğularının ən böyük istehsalçısı “EMC” şirkətidir. 2014-cü ilin ilk üç ayı ərzində ABŞ şirkəti 1,64 milyard dollar məbləğində məhsulu satıb ki, bu da ötən illə müqayisədə 8,8% azdır.
 
 Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL