waplog

“Sprint” şirkəti “T-Mobile” şirkətinin biznesi üçün 32 milyard dollar təklif edib


Amerikanın “Sprint” telekommunikasiya şirkəti, demək olar ki, rəqibi “T-Mobile” şirkətini 32 milyard dollara almaqla bağlı razılaşma əldə edib.
 
“ICTnews” xəbər xidmətinin “www.astera.ru” saytına istinadən verdiyi məlumata əsasən, “Sprint” şirkəti “T-Mobile” şirkətini almaq üçün 32 milyard dollarlıq səhmlərini təqdim edəcək, qalanını isə pulla ödəyəcək. Nəticədə birləşmiş “Sprint”in səhmlərinin 15%-i Almaniyanın “Deutsche Telecom” şirkətinə, qalan 67% isə “T-Mobile”-a məxsus olacaq. Şirkətlər arasında razılaşmanın əldə edilməsi iyul ayından gec elan edilməyəcək.
 
Ehtimal edilir ki, AВŞ-ın Antiinhisar İdarəsi bu sazişə qarşı çıxacaq, çünki nəticədə amerikalıların operator seçimi məhdudlaşacaq. Amerika bazarında “Sprint” və “T-Mobile” şirkətləri bazarın liderləri olan “AT&T” və “Verizon Communications”dan sonra üçüncü və dördüncü yerləri tuturlar.
 
Sazişin bağlanmasına qadağa qoyulduğu halda “Sprint” şirkəti “T-Mobile” şirkətinə 1 milyard dollar ödəməli olacaq. Bu məbləği “Sprint”in sahibi Yaponiyanın “Softbank”ı təklif edir. Lakin  “Deutsche Telecom” isə 3 milyard dollar məbləğini tələb edir.
 
“Sprint” və “T-Mobile” eyni zamanda gələcəkdə mobil rabitə üçün radiotezliklər üzrə auksionlarda iştirak etmək məqsədi ilə birgə müəssisə yaratmaq imkanını nəzərdən keçirirlər.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL