Azərbaycanla Malayziya arasında İKT sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Bu gün xarici işlər naziri Elmar Məmmədyarovla Malayziyanın xarici işlər naziri Anifah Amanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. XİN-in mətbuat xidmətindən “ICTnews.az”a verilən məlumata görə, görüşdə E.Məmmədyarov malayziyalı həmkarının ölkəmizə səfərinin iki dövlət arasındakı əlaqələrinin inkişafına öz töhfəsini verəcəyini qeyd edib.
Nazirlər tərəfindən iki dövlət arasında siyasi əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olunaraq, siyasi məsləhətləşmələr mexanizminin intensivləşdirilməsi və müqavilə-hüquq bazasının genişləndirilməsinin zəruriliyi vurğulanıb.
E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüququn norma və prinsiplərindən çıxış edərək, Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə Malayziya tərəfinə minnətdarlığını ifadə edib.
Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin işğal edildiyi, bir milyondan artıq Azərbaycan vətəndaşının öz doğma torpaqlarından qovulduğunu və işğal olunmuş ərazilərdə azərbaycanlılara qarşı qanlı etnik təmizləmənin törədildiyini deyən nazir 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi dörd qətnaməsinin Ermənistan tərəfindən yerinə yetirilmədiyini diqqətə çatdırıb. O, BMT TŞ-nın qətnamələrində Ermənistanın silahlı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tam şəkildə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının tələb olunduğunu xatırladıb.
Görüşdə Azərbaycan ilə Malayziya arasında energetika, investisiyalar, turizm, mədəniyyət, informasiya və kommunikasiya texnologiyaları, elm-təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi barəsində fikir mübadiləsi aparılmış və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL