Braziliya İT xərclərinə görə dünyada yeddinci yeri tutur
“IDC” analitik şirkətinin hesablamasına əsasən, 2013-cü ildə Braziliyada kompüter avadanlığı, proqram təminatı və informasiya texnologiyaları (İT) xidmətlərinə xərclər 15,4 faiz artıb ki, bu da ötən il üçün proqnozlaşdırılan 14,5 faizdən çoxdur.
Yuxarıda göstərilən üç seqmentdə ümumi xərclər ölkədə 61,6 milyard dollar təşkil edib. Braziliya bu göstərici üzrə dünyada yeddinci yerdə qərarlaşıb.
Ötən il Braziliyanın İT bazarı ölkədə iqtisadi artım tempinin Argentina, Peru, Venesuela və Çilidən zəif olmasına baxmayaraq Cənubi Amerika İT bazarının 47,4 faizini tutub, dünya İT bazarında isə ölkənin payı 3 faiz təşkil edib.
Əsas artım istifadəçilərin smartfon və planşet kompüterlərə xərclərində qeydə alınıb. Proqram təminatı və İT xidmətləri bazarının həcmi 10,1 faiz artaraq müvafiq olaraq 10,7 və 14,4 milyard dollara çatıb. Braziliyada ən böyük bazar 26,3 faizlə maliyyə sektoru olub. İkinci yeri telekommunikasiya (24,4 faiz), üçüncü yeri istehsal (20,2 faiz) tutub.
Hesabata əsasən, Braziliyanın proqram təminatı və İT xidmətləri bazarı kiçik müəssisələrdən ibarətdir, - "IT Weekly www.it-weekly.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL