ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi sosial şəbəkələrdə aktivləşdi
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) “Facebook” sosial şəbəkəsində və “Twitter” mikrobloqlar servisində qeydiyyatdan keçərək hesabların hər birində məlumat dərc edib.
“Bu həftə MKİ sosial şəbəkələrdə iştirakını genişləndirərək “Facebook” və “Twitter”də rəsmi hesablar açıb”, - xüsusi xidmət orqanının məlumatında deyilir. Məlumatda hesab ünvanı da yer alıb.
“Twitter”də hesabın adı idarənin ingilisdilli abreviaturasına (CIA) uyğundur. Mikrobloqda ilk məlumat iyunun 6-da dərc edilib.
İyunun 6-da “CIA” həmçinin “Facebook”da ilk məlumatını yazıb. Məlumat 1944-cü ildə antihitler koalisiyası üzvlərinin Normandiya sahillərinə çıxarılan qoşunlarında iştirak etmiş amerikalıların xatirəsinə həsr olunub. Bu tarix “D Günü” (D-Day) adlanır.
Bundan əvvəl MKİ “Flickr” servisində və "YouTube” videohostinqində hesablar açıb, - "Lenta www.lenta.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL