waplog

Gəncədə “Riyaziyyat və İKT-nin tətbiq sahələri. Yeni tədris texnologiyaları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib


Gəncədəki Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Günü ilə əlaqədar “Riyaziyyat və İKT-nin tətbiq sahələri. Yeni tədris texnologiyaları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
 
 Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycanın elm xadimləri ilə yanaşı, İran, Türkiyə, Gürcüstan, Şimali Kipr Türk Cümhuriyyəti və Rusiya Federasiyasından olan alimlər iştirak ediblər.
 

Konfransı giriş sözü ilə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq respublikamızın müstəqillik tarixində müstəsna rolu olan 15 iyun hadisələrindən danışıb.
 
Qeyd olunub ki, 1990-cı illərin əvvəllərində hökm sürən dərin böhran və daxili çəkişmələr Azərbaycanı məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir ağır və mürəkkəb vaxtda Ermənistanın torpaqlarımıza hərbi təcavüzü vəziyyəti daha da gərginləşdirmişdi. Baş verənlərdən düzgün nəticə çıxaran xalq öz xilaskarına - görkəmli dövlət xadimi Heydər Əliyevə üz tutdu. Xalqın təkidli çağırışı ilə yenidən siyasi hakimiyyətə qayıdan bu dahi şəxsiyyət əsl müdriklik və qətiyyət nümayiş etdirərək ölkəni fəlakətdən xilas etdi. Həyata keçirilən məqsədyönlü tədbirlər Azərbaycanı qısa vaxt ərzində inkişaf yoluna çıxardı. İndi iftixarla demək olar ki, Azərbaycan bütün sahələrdə, o cümlədən elm və təhsil sahəsində bir-birindən dəyərli nailiyyətlərə imza atır. Bu gün keçirilən beynəlxalq konfrans da məhz həmin inkişafın göstəricisidir.
 

Sonra çıxış edən Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusifov ümummilli lider Heydər Əliyevin elm və təhsilin inkişafı naminə gördüyü işlərdən danışmış, Azərbaycanın tərəqqisinə yol açan bu vacib sahənin yüksəlişinə göstərilən diqqət və qayğını konfrans iştirakçılarının diqqətinə çatdırıb.
 

Konfransda AMEA-nın Gəncə Bölməsinin elmi katibi, akademik Fuad Əliyev, Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini Soltan Əliyev, Gürcüstanın Telavi Dövlət Universitetinin professoru Mariam Zakariaşvili, Bakı Dövlət Universitetinin dosenti Vaqif Qasımov mövzu ətrafında maraqlı məruzələrlə çıxış ediblər.

Konfrans öz işini bölmə iclasları ilə davam etdirib.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL