waplog

Azərbaycan Tibb Universitetində endoskopik və robotik cərrahiyyəyə həsr olunmuş konfrans keçirilib


Azərbaycan Tibb Universitetinin (ATU) Cərrahiyyə Klinikasında endoskopik və robotik cərrahiyyəyə həsr olunmuş konfrans keçirilib.
 
ATU-dan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, tədbirdə ATU rektoru, akademik Əhliman Əmiraslanov, Türkiyənin tanınmış cərrahları, beynəlxalq mütəxəssislər iştirak ediblər.
 
Konfransın açılışında, hazırda Azərbaycanda müasir cərrahiyyənin yüksək texnologiyalı istiqamətlərindən biri olan endocərrahi əməliyyatların aparıldığı  və bunun üçün bütün tələb olunan avadanlıqların mövcud olduğu bildirilib.
 
İstanbul Bilim Universitetinin rektoru Çavlan Çiftçi Türkiyədə endoskopik və robotik cərrahiyyə sahəsində qazanılan uğurlardan danışıb və çıxışını videotəqdimatla yekunlaşdırıb. Sonra Azərbaycan Tibb Universiteti və İstanbul Bilim universitetləri arasında qarşılıqlı əməkdaşlıq protokolu imzalanıb.
 
Konfransda “Qaraciyər sirrozu fonunda laparoskopik xolesistektomiya”, “Ginekologiya və ginekoloji onkologiyada robotik cərrahiyyənin yeri” mövzusunda məruzələr təqdim edilib. Konfransın gedişində həmçinin “Laparoskopik kolorektal cərrahiyyə”, “Ağciyər xərçənglərində minimal invazif cərrahiyyə”, “Neyroonkoloji xəstəliklərdə yeni texnologiya və metodlar” və digər mövzular üzrə müzakirələr aparılıb.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL