waplog

“Ericsson” şirkəti mobil sənaye bazarına qayıtmağı planlaşdırır


İyirmi il əvvəl telefon bazarında ən populyar brendlərdən biri olan İsveçin “Ericsson” telekommunikasiya avadanlığı istehsalçısı özünü yenidən mobil sənayedə sınamaq niyyətindədir. Bu dəfə söhbət qurğuların deyil, onlar üçün elektron komponentlərin buraxılışından gedir.
 
Hazırda “Ericsson” tərəfdaşlarına qurğuların dördüncü nəsil şəbəkəsinə qoşulmasına imkan verən nazik “LTE” modemlərin nümunələrini tədarük edir. Mayda “Ericsson M7450” çipi dünyanın nəhəng "China Mobile” mobil operatoru tərəfindən sertifikasiyadan keçirilib. Şirkət nümayəndələrinin sözlərinə görə, bu məhsulu dünyanın digər mobil rabitə operatorları da sınaqdan keçirir.
 
“Strategy Analytics” analitik şirkətinin ekspertləri “Qualcomm” şirkətinin 92 faiz paya sahib olduğu dünya nazik modemlər bazarının həcmini 4,1 milyard dollar dəyərində qiymətləndirirlər. “Ericsson”un mobil bölməsinin strategiya və ekosistemlərin hazırlanması şöbəsinin rəhbəri Born Eklundun sözlərinə görə, bu bazarda yeni oyunçular üçün hələ yer var, mobil ekosistemin hər seqmentində isə bir neçə istehsalçıya ehtiyac duyulur.
 
“Ericsson” modemlərin buraxılışı üzrə biznesdən gəlir əldə etmir. Şirkət telefon istehsalçılarını əməkdaşlığa cəlb etmək üçün cari ildə bu sahəyə 390 milyon dollar investisiya yatırmaq niyyətindədir. “Strategy Analytics”in analitiki Sravan Kundocallanın fikrincə, istehsalçıları "Qualcomm” məhsulları əvəzinə “Ericsson” məhsullarından istifadə etməyə inandırmaq üçün İsveç istehsalçısı çoxlu səy göstərməli olacaq.  
 
Ekspertlərin qiymətləndirməsinə görə, “M7450” çipinin 17 dollar orta qiyməti ilə şirkət bu il 45 milyon belə mikrosxem satmalıdır ki, mənfəət əldə etməsə də, ən azı sıfır dərəcəli artıma nail ola bilsin. Analitiklər şirkətin buna müvəffəq olacağına şübhə ilə yanaşırlar, - "3DNews www.3dnews.ru” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL