waplog

Özünü insan kimi qələmə verən kompüter


“The Independent” qəzeti yazır ki, Rusiya proqramçıları tərəfindən işlənib hazırlanan ilk süni həmsöhbət proqramı məşhur “Tyurinq” testindən uğurla keçib.
 
“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, proqram özünü 13 yaşlı Yucin Qustman kimi qələmə verib. O, Britaniyanın Redinq Universitetinin xüsusi komissiya üzvlərinin 33%-də yanlış fikir yaratmağa nail olub.
 
"Əsas ideyamız ondan ibarət idi ki, 13 yaşlı oğlanın nə isə bildiyini göstərək" – proqramın yaradıcılarından biri olan Vladimir Veselov belə deyib.
 
“Tyurinq” testi 1950-ci ildə britaniyalı riyaziyyatçı və kriptoqraf Alan Тyurinq tərəfindən "Kompüter düşünə bilərmi" sualına cavab kimi təklif edilib. Test zamanı kompüter proqramı 5 dəqiqə ərzində insanlar qrupu ilə ünsiyyətdə olmalıdır. İndiyədək heç bir proqram “Тyurinq” testindən keçməyib.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL