waplog

“NASA” elmi-fantastik layihələr müsabiqəsinin ilk mərhələsinin qaliblərini elan edib


ABŞ Milli Aerokosmik Agentliyi (NASA) elmi-fantastik layihələr müsabiqəsinin ilk mərhələsinin qaliblərini elan edib. Agentliyin innovasiya və perspektivli konsepsiya proqramının məqsədi indiyədək yalnız elmi fantastikada rast gəlinən layihələrin həyata keçirilməsi imkanının öyrənilməsindən ibarətdir.

Müsabiqənin birinci mərhələsində seçilmiş 12 layihə arasında Titan gölündə metanın tədqiqi üçün sualtı gəmi, kənar planet buzlaqlarının öyrənilməsi üçün neytron teleskop və Yer yaxınlığından ötüb keçən asteroidlərin ələ keçirilməsi üçün gəmi layihələri yer alıb.

Birinci mərhələnin qalibləri doqquz ay müddətinə 100 min dollar məbləğində qrantla mükafatlandırılacaqlar. Bu müddət ərzində təklif olunan layihənin praktiki şəkildə həyata keçirilməsi imkanının öyrənilməsi planlaşdırılır. Birinci mərhələnin nəticələri müsbət olsa, müəlliflər ikiillik müddətə daha 500 min dollar məbləğində maliyyələşdirmə üçün müraciət etmək imkanı əldə edəcəklər. Agentlik əsas vəzifələrin həyata keçirilməsinə kömək edəcək perspektivli, uzunmüddətli layihələr axtarışındadır.  
 
“NASA”-nın 2015-ci ilin büdcə layihəsində Marsa pilotlu uçuşa hazırlıq, asteroidlərin öyrənilməsi və Beynəlxalq Kosmik Stansiyaya uçuşlar üçün xərclər nəzərdə tutulub. Agentlik artıq 2021-ci ilədək təxminən on metrlik ölçüyə malik asteroidin ələ keçirilməsinin və onun Yerətrafı orbitə qoşqu edilməsinin mümkün olacağını düşünür, - "Computerworld www.osp.ru” yazır.  

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL