waplog

Azərbaycanda 19 minə yaxın elektron imza verilib


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) elektron imza vəsiqələri barədə mayın 31-i tarixinə olan statistik məlumatı açıqlayıb.
 
 
Ölkə üzrə  əldə olunan elektron imza sertifikatları 18998  ədəd təşkil edib: “Artıq dövlət qurumlarına 12924  elektron imza sertifikatı verilib. Hüquqi şəxslərə verilmiş sertifikatların sayı 907-yə çatıb. Vətəndaşlar isə 5167 sertifikat əldə ediblər”.


 
Qeyd edək ki, elektron imza insanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir. Elektron imza elektron sistemdə imzanın malik olduğu bütün işləri yerinə yetirən, elektron sertifikat vasitəsilə bir elektron məlumata əlavə edilən və məlumatı göndərəni təyin edən bir ədədi koddur.
 
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL