waplog

“Microsoft” texniki mütəxəssislərin çatışmazlığının artacağını proqnozlaşdırır


“Microsoft” korporasiyası İT mütəxəssislərə tələbatın artacağını proqnozlaşdırır. Dünyanın ən böyük proqram təminatı istehsalçısının proqnozuna görə, dünya təhsil sistemi lazımi sayda İT mütəxəssisləri hazırlaya bilməyəcək və yaxın 5 ildə xüsusilə kibertəhlükəsizlik sahəsində ixtisaslı mütəxəssis çatışmazlığı yaşanacaq.
 
“ICTnews" elektron xəbər xidməti “cybersecuirty.ru” saytına istinadən bildirir ki, “Cyberspace 2025: S "s Decisions today, Tomorrow Terrain” hesabatında soft nəhənginin rəsmiləri bildirir ki, müasir təhsil sistemində “STEM” və ya “Science”, “Technology”, “Engineering”, “Math” kimi istiqamətlərə diqqəti yönəltmək lazımdır. Yaxın illərdə inkişaf etməkdə olan ölkələrin bazarlarında İT mütəxəssislərə xüsusilə yüksək tələbat müşahidə olunacaq.
 
Məsələn, Hindistanda 2025-ci ilədək genişzolaqlı internet qoşulmanın  artım tempi 3000% olacaq. 2012-ci ildə ölkə üzrə 20 milyon genişzolaqlı internet kanalı düşdüyü halda, 2025-ci ilədək bu göstərici 700 milyona çatacaq. Həmin dövrdə Avropa Birliyi ölkələrində 105 milyon yeni genişzolaqlı internet qoşulma qeydə alınacaq.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL