waplog

ABŞ rabitə operatorları nömrələri İP-ünvanlarla əvəzləmək niyyətindədir


ABŞ rabitə şirkətləri ənənəvi telefon nömrələrini birbaşa İP-ünvanlarla əvəzləmək niyyətində olduqlarını açıqlayıb. Bu, texniki baxımdan mümkün olsa da, praktikada yeni ünvanlama formatına keçid gözlənilməz nəticələrə gətirib çıxara bilər.

Bu səbəbdən ABŞ Federal Rabitə Komissiyası (FCC) rabitə operatorlarını sınaqda iştirak etməyə və öz infrastrukturları ilə qarşıya qoyulan vəzifəni həyata keçirməyə dəvət edib.

Cari ilin martında artıq şəbəkələrin yenilənmiş formatda işə salınmasına başlanılıb. Sınaqlar hələlik ölkənin yalnız bir neçə coğrafi regionunda keçirilir, lakin nəzərdə tutulan işlərin uğurlu olacağı təqdirdə yaxın gələcəkdə bütün telefon rabitəsində köklü dəyişikliklərin baş verəcəyi bildirilir. Bunun nəticəsində xidmət üçün qiymətlərin də ucuzlaşacağı gözlənilir, - "IT Update.ru www.itupdate.ru” yazır.   

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL