waplog

İT mütəxəssisləri smart-televizorlarda təhlükəli boşluq aşkar ediblər


Şəbəkə məlumatlarının saxtalaşdırılması metodunun köməyi ilə hakerlər milyonlarla “ağıllı” televizora müdaxilə edə bilər. İnternetə qoşulmuş qurğular təsvirin göstərilməsi üçün şəbəkə məlumatlarından istifadə edir.
 
Hakerlər qurğulara müdaxilə etdikdən sonra onlar yalnız saxta məlumatları televizora göndərməkdən başqa, həm də ev şəbəkəsinə daxil olaraq internetə qoşulmuş başqa qurğuları axtarışa verə bilərlər. Mütəxəssislər deyir ki, bu halda hücumu aşkar etmək kifayət qədər çətindir.
 
“ICTnews" elektron xəbər xidməti “cubersecurity.ru” saytına istinadən bildirir ki, bu cür hücum Avropada geniş yayılmış “HbbTV (Hybrid Broadcast Broadband TV)” standartına əsaslanır. “HbbTV” sistemi yayımçılara proqramlar haqda köməkçi informasiyanın əldə olunması üçün internet qoşulmadan istifadəyə görə işlənib hazırlanıb.
 
“Network Security Lab” şirkətinin mütəxəssisləri deyiblər ki, adi antenanın köməyi ilə “HbbTV” standartında boşluq tapıblar, həmçinin xüsusi üsulla yenidən toplanılmış məlumatlar vasitəsilə onlar smart-televizorlarda informasiyanı dəyişdirə bilərlər. "Hücum üçün nə IP-ünvan, nə də ki server lazımdır. Yalnız damdakı antenaya giriş lazımdır" – bu metodun yaradıcılarından biri Yusuf Oren deyib.
 
Emil Hüseynov
 

 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL