Əqli mülkiyyət ofisləri üçün prioritet təşkil edən sahələr müzakirə ediləcək
Bu ayın 16-da Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Sənaye Mülkiyyəti Hüquqlarına dair Əlaqələndirmə Komitəsinin 2-ci iclası keçiriləcək. Tədbirdə Azərbaycan, Türkiyə, İran, Əfqanıstan, Qazaxıstan, Tacikistan, Pakistan və İqtisadi Əməkdaşlıq Təşkilatı Katibliyinin nümayəndələri iştirak edəcəklər.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, iclasda bir sıra məsələlər ətrafında müzakirələr aparılacaq. Burada sənaye mülkiyyəti hüquqlarının son tendensiyalarına baxışların keçirilməsi, üzv ölkələrin əqli mülkiyyət ofisləri üçün prioritet təşkil edən sahələrin və bu sahədə çalışan qurumlar arasında əlaqələndirmə mexanizmləri ətrafında fikir mübadiləsinin aparılacağı gözlənilir.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL