waplog

Azərbaycan 10-cu “GTI” toplantısında təmsil olunur


Şanxayda keçirilən  "Global TD-LTE İnitiative" (GTİ)  təşkilatının 10-cu toplantısına ənənəvi olaraq təşkilata üzv şirkətlərin liderləri toplaşıb. 
 
Toplantıda "Microsoft", "Vodafone", "Huawey", "Sprint", "Coolpad", "Ericsson", "Nokia", "Datang", "UK Broadband", "Qualcomm", "Samsung",  "ZTE" kimi qlobal telekommunikasiya şirkətlərinin rəhbərləri "4G" texnologiyalarının ən son xidmətlərini, rabitə kanallarının işini, yeni biznes modellərini və inkişaf strategiyalarını müzakirə ediblər.
 
Seminara xüsusi dəvət alan "Sazz 4G İnternet" provayderi "AzQtel" şirkətinin prezidenti Ceyhun Mollazadə "GTİ" sessiyalarında iştirak edərək Azərbaycanda həyata  keçirilən qlobal telekommunikasiya layihələri haqqında məlumatları iştirakçılara təqdim edib, təcrübə mübadiləsi aparıb.
 
"Sazz" brendi altında Azərbaycanda ilk dəfə simsiz genişzolaqlı İnternet xidmətlərini tətbiq etmiş "AzQtel" şirkəti 2013-cü ildən etibarən "GTİ" üzvlüyünə qəbul olunub.  Şirkətin prezidenti C.Mollazadə ənənəvi olaraq "GTİ"-in illik toplantılarında iştirak edir, məruzələrlə çıxış edir.
 
"Sazz İnternet" mütəmadi olaraq beynəlxalq İKT konfrans və sərgilərində yeni məhsul və xidmətlərini nümayiş etdirir.
 
Bu həftə şirkətin əməliyyatlar üzrə meneceri Semmi Boaçi Fransada keçirilən digər mötəbər beynəlxalq İKT konfransında  "Sazz İnternet"i təmsil edir. Fransanın texnoloji parkı hesab edilən Sofiya Antipolis şəhərciyində keçirilən "3GPP Global İnitiative" konfransında beynəlxalq səviyyəli telekommunikasiya şirkətləri İnternet şəbəkələrinin son yeniliklərini nümayiş etdirərək, təcrübə mübadiləsi aparacaqlar.
Konfrans iyunun 18-nə qədər davam edəcək. 
 
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL