waplog

"Ağıllı" “Google Glass” eynəyinin kinoteatrlarda istifadəsi qadağan edilib


“Alamo Drafthouse” kinoteatrlar şəbəkəsi film izləyərkən “Google Glass” smart-eynəyindən istifadəni qadağan edib. Şirkətin baş direktoru Tim Liq “Twitter” bloqunda yazıb ki, yeni siyasət piratçılıq haqqında narahatçılıqla əlaqədardır.
 
“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, "Google Glass”ın ilkin versiyası Ostində göstərilib və mən şəxsən bu cihazı sınaqdan keçirdim – Liq yazıb. O zaman mən kinoteatrlar üçün piratçılıq təhlükəsi hiss etdim". Menecer deyib ki, o, dərindən düşündükdən sonra qadağa tətbiq etməyi qərara alıb.
 
Xatırladaq ki, “Glass” eynəkləri çıxarılmamışdan öncə artıq ABŞ-da bəzi kafe, bar və başqa yerlərdə qadağan edilib, çünki şəxsi həyata müdaxilə bir çox insanların xoşuna gəlmir. Bundan başqa, bəzi  ştatlar avtomobil sürdükdə "ağıllı" eynəkdən istifadəni məhdudlaşdırmaq istəyir.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL