May ayında ən çox RYTN-in elektron xidmətindən istifadə olunub
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) may ayı ərzində ən çox istifadə edilən elektron xidmətlərin siyahısını təqdim edib.
İlk beşlikdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Telefon nömrəsi üzrə axtarış” (54123), Dövlət Sosial Müdafiə Fondunun (DSMF) “Sığortaolunanın onlayn uçota alınması” (12418), “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi” (4390), “Sığortaolunanın illər üzrə ödənişləri və pensiya kapitalı” (3413) və “Məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın əldə edilməsi” (2655) xidmətləri yer alır.
Sonrakı mövqelərdə DSMF-nin “Pensiyaçıya məlumatların verilməsi” (1947), “Pensiya kalkulyatoru” (1648), Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) “Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu” (1249), RYTN-in “Mobil cihazların qeydiyyatdan keçirilməsi” (977) və “Mobil cihazların “IMEI” kodunun yoxlanılması” (665) e-xidmətləri qərar tutur.
Sözügedən siyahıda Daxili İşlər Nazirliyinin (DİN) “FİN-ə görə fərdi məlumatların axtarışı” (645), RYTN-in “Vətəndaşın fərdi məlumatları barədə arayış” (621), Ədliyyə Nazirliyinin “Azərbaycan adları barədə məlumatın verilməsi” (537), DİN-in “Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar” (506), ƏMDK-nın “Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatının ləğvi üçün müraciətin və sənədlərin qəbulu” (408) xidmətlərinin adları da var.
RYTN-in “Cari ay ərzində aparılmış şəhərlərarası və beynəlxalq danışıqlar üzrə məlumat” (386), “Azərsu” ASC-nin “Su borcunun internet vasitəsilə öyrənilməsi” (378), “ASAN xidmət”in “İnformasiya sistemləri, informasiya ehtiyatları və elektron xidmətlərlə bağlı dövlət orqanları tərəfindən təqdim olunan layihələrə (təkliflərə) rəy verilməsi üçün müraciətin və sənədlərin qəbulu” (363), RYTN-in “Yeni telefon çəkilişi” (362), ƏMDK-nın “Daşınmaz əmlaka dair çıxarışların verilməsi üçün müraciətin və sənədlərin qəbul edilməsi” (359) elektron xidmətləri də ən çox istifadə olunanlar sırasındadır.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL