waplog

Analitiklər “iWatch” smart saatlarının uğur qazanacağına əmindirlər


UBS analitikləri “Apple” şirkətinin payızda buraxılacaq smart saatları ilə bağlı proqnozunu dərc edib. “Appleinsider” portalı yazıb ki, onların fərziyyələrinə görə, daşınan cihaz bazarda böyük uğura imza atacaq və satış həcmi “iPad” planşet kompüterinin birinci versiyasının rekordunu yeniləyəcək.

“ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, ekspertlər hesab edirlər ki, 2015-ci ildə “Apple” şirkəti “iWatch”  satışından 6,5 milyard, 2016-cı ildə daha 11 milyard dollar qazanacaq. Analitiklər xatırlayıblar ki, birinci nəsil “iPhone” smartfonunun satış həcmi heç də uğurlu alınmayıb; bir il ərzində cəmi 5,4 milyon smartfon satılıb.

Amma istifadəçilər tədricən “Apple”ın məhsulunu qiymətləndiriblər və birinci il ərzində şirkət 19,5 milyon “iPad” satmağa müvəffəq olub.

"Biz ümid edirik ki, “iWatch” smart saatlarının satış həcmi “iPad” satışlarını geridə qoyacaq" – UBS nümayəndəsi Stiven Milano deyib.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL