waplog

Fərdi kompyuter və planşet bazarını dəyişən nədir?


“Lenovo” şirkətinin icraçı direktoru Yanq Yuançin Britaniya qəzeti “Financial Times”-a müsahibəsində bildirib ki, onun şirkətinin Çinin mobil qurğular bazarında “Apple”-ı qabaqlamaq üçün böyük şansı var.

"Apple” məhsullarını 500 dollara təklif edərək, əmək haqlarının aşağı olduğu kiçik şəhərlərdən, qəsəbələrdən istehlakçıları cəlb edə bilməyəcək" - Yanq Yuançin bildirib. "Mən demək istəmirəm ki, biz istehlakçıları aşağı qiymətlərlə cəlb etmək istəyirik. Sadəcə, bizim strategiyamız bazarın müxtəlif seqmentlərini ələ keçirməkdən ibarətdir".

“Lenovo” rəhbəri bir çox planşet istehsalçılarına qoşulub. O, belə hesab edir ki, sensor planşetlər bazarı kompyuter istiqamətindəki kimi inkişaf edir, yəni yeni oyunçular meydana çıxan kimi liderlərin payı azalır. Belə ki, rəqiblər “Apple” şirkətinin planşet seqmentində payının azalmasını proqnozlaşdırırlar.

"İBM” şirkəti kompyuter bazarını açanda yalnız özü var idi. Əgər indi həmin bazara baxsaq, görərik ki, bazarda müxtəlif şirkətlər də var. Eyni aqibət planşetləri də gözləyir", - Yanq Yuançin bildirib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL