waplog

“Qarabağnamə - tələbələr arasında intellektual yarışma” sı televiziya formatında oyun keçirilib


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Qarabağnamə - tələbələr arasında intellektual yarışma” layihəsi çərçivəsində televiziya formatında oyun keçirilib.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Azərbaycan İntellektual Oyunlar Klubu (AİOK) və “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşdırılır.

Layihə milli mədəni dəyərlərimizin gənclər arasında fərqli metodla təbliği, Qarabağ həqiqətlərinin intellektual gənclər tərəfindən müxtəlif auditoriyalarda uğurlu nümayişi üçün şəraitin yaradılması, gənclərə vətənpərvərlik ruhunun aşılanması məqsədi daşıyır.

Layihə çərçivəsində Qarabağın 11 rayonunun adını özündə əks etdirən 11 komanda mübarizəyə qoşulmuşdur. Seçim mərhələsində ən yüksək nəticə göstərən üç komanda ikinci mərhələdə birincilik uğrunda mübarizə aparıb.

“Qubadlı” komandası yarışmanın qalibi olub.

Sonra əsas oyunun qalibləri və qarabagname.com saytı vasitəsilə həyata keçirilən virtual yarışmanın qalibləri təltif olunublar.

Layihə ilə bağlı veriliş yaxın günlərdə “Mədəniyyət” kanalında yayımlanacaqdır.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL