Elmir Vəlizadə: “Azərbaycan İT sahəsində dünya trendlərinə uyğun inkişafa önəm verir”
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “IDC” şirkəti ilə əməkdaşlığına böyük önəm verir və bu əməkdaşlığı gələcəkdə daha da genişləndirmək niyyətindədir.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bu gün Bakıda keçirilən “IDC IT Security and Datacenter Transformation Roadshow 2014” konfransında çıxışında bildirib ki, nazirlik hazırda artıq öz fəaliyyət istiqamətlərini genişləndirib.
“İlk növbədə nazirliyin prioritet inkişaf istiqaməti kosmik sahədə fəaliyyətin genişləndirilməsi, o cümlədən artıq ikinci telekommunikasiya peykinin buraxılması istiqamətində işlərin aparılmasıdır. İkinci önəmli fəaliyyət istiqaməti nano-biotexnologiyaların inkişaf etdirilməsidir. Üçüncü fəaliyyət istiqaməti sülh məqsədi ilə nüvə araşdırmalarının reallaşdırılmasıdır ki, bu məqsədlə artıq ölkədə xüsusi Nüvə Tədqiqatları Mərkəzinin yaradılması istiqamətində işlərə başlanılıb. Digər prioritet inkişaf istiqamətləri arasında qlobal səviyyəli regional data mərkəzin yaradılması duru. Bununla bağlı Azərbaycan artıq danışıqlar aparır. Elektron dövlət xidmətlərinin göstərilməsi istiqamətində ölkədə son illər genişmiqyaslı işlər aparılıb və nəticə olaraq bu ilin mart ayında artıq ölkədə 1 milyonuncu elektron dövlət xidməti istifadəçisi qeydə alınıb və sevindirici haldır ki, bu, regional istifadəçi olub. Bu onu göstərir ki, artıq regionlarda da elektron dövlət xidmətlərinin istifadə edilməsi üçün münbit şərait yaradılıb”, - deyə nazir müavini bildirib.
E. Vəlizadə, eyni zamanda Azərbaycanda İT sahəsinin, o cümlədən startupların inkişafı məqsədi ilə Yüksək Texnologiyalar Parkının işinin təşkili, bu texnoparkda fəaliyyət göstərəcək şirkətlərə 7 illik vergi güzəştlərinin tətbiq edilməsinin nəzərdə tutulduğunu və onların maliyyələşməsinin təmin edilməsi üçün xüsusi İnformasiya Texnologiyalarının İnkişaf Fondunun yaradıldığını konfrans iştirakçılarının nəzərinə çatdırıb.
“Bütün bunlar Azərbaycanda İT sahəsinin intensiv inkişafının göstrəricisidir. Bu inkişaf fonunda informasiya təhlükəsizliyi ön plana çıxmışdı. Yaranan zərurətdən irəli gələrək ölkədə iki Təhlükəsizlik Mərkəzi fəaliyyət göstərir, onların biri dövlət qurumlarının internet resurslarının təhlükəsizliyinə, digəri isə özəl qurumların informasiya təhlükəsizliyinə cavabdehdir. Bu iki qurum sıx əməkdaşlıq əsasında ölkənin internet perimetrinin təhlükəsizliyini təmin etməyə çalışırlar. Məhz buna görə də “IDC” kimi qurumlarla sıx əməkdaşlıq bu sahədə müşahidə olan dünya tendensiyalarını diqqət mərkəzində saxlamaq və onlara uyğun şəkildə gələcək inkişaf strategiyalarını qurmaq üçün çox vacibdir”, - deyə o qeyd edib.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL