Mingəçevirdə “Azərbaycanda internetin bu günü və sabahı” adlı forum keçirilib
Mingəçevir şəhərində “Azərbaycanda internetin bu günü və sabahı” adlı forum keçirilib. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin tərəfdaş qismində iştirak etdiyi forumda Rabitə və Yüksək Texnologiyalar, Gənclər və İdman, Təhsil nazirliklərinin nümayəndələri iştirak edib.
Tədbirdə Milli Məclisin deputatları Aydın Mirzəzadə, Azər Badamov, Tahir Rzayev, Prezident Administrasiyasının Gənclərlə iş şöbəsinin müdiri Vüsal Quliyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, RYTN-in şöbə müdiri Mir Heydər İsmayılov, İnformasiya Texnologiyalar İnstitutunun sektor müdiri Rasim Mahmudov, İnternet Cəmiyyətinin sədri Qalib Qurbanlı yerli idarəetmə orqanlarının, əsasən gənclərlə işləyən qeyri-hökumət təşkilatlarının, regionda fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin, İKT sahəsində ixtisaslaşmış regional müəssisə və təşkilatların, həmçinin, regionda xidmət təklif edən özəl internet provayderlərinin nümayəndələri də iştirak edib.
“Aztelekom” İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov tədbir iştirakçılarını salamlayaraq forumun Qurtuluş Günü ərəfəsində keçirilməsinin təsadüf olmadığını bildirdi. Ümummilli lider Heydər Əliyevin digər sahələrlə yanaşı, İKT-nin inkişafını da diqqət mərkəzində saxladığını bildirən natiq hazırda Azərbaycanın MDB ölkələri arasında internet istifadəçilərinin sayına görə lider olduğunu vurğulayıblar.
Məlumat verilib ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında İnternet infrastrukturunun davamlı inkişafı, informasiya cəmiyyəti quruculuğunun yüksək səviyyədə aparılması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi öz əksini tapıb.
Çıxışlardan sonra “Aztelekom İB”-nin internet layihələri, mərhələlər və perspektivlər, “İnternetin tarixi”, “İnternetdə informasiya təhlükəsizliyi”, “Proqram təminatı e-sənəd dövriyyəsi, praktik tədbirlər” mövzusunda debatlar keçirilib.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL